📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin hərbi sənayesinin uğurları Fransada narahatlıqla qarşılanıb

2024-01-08 15:56:07

Türkiyənin hərbi sənayesinin uğurları Fransada narahatlıqla qarşılanıb

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin müdafiə sənayesində çox böyük inkişafa nail olması Fransada qorxu ilə qarşılanıb. Fransanın “Le Monde” nəşri bununla əlaqədar məqalə dərc edib. Məqalədə yazılıb: “Fransa sənayesi yeni rəqiblər tərəfindən təhdid edilir”.

Bəlli olduğu kimi, 2023-cü il boyunca Türkiyə hərbi sənayesi müxtəlif layihələrə ön plana çıxıb. ATAK-2 vertolyotu, ANKA-3 pilotsuz hərbi  təyyarəsi, reaktiv motorlu HÜRJET təlim təyyarəsi və “Bayraktar TB3” PUA-sının ilk uçuşları reallaşdırılıb. Türkiyədə istehsal olunan dron sistemləri antiterror əməliyyatlarında nöqtə atışları zamanı sınaqlardan uğurla çıxdı.

Fransanın “Le Monde” qəzeti bu uğurları vurğulayaraq yazıb: “Türkiyə Fransanın hərbi sənaye kompleksinin güclü rəqibidir”.

Hürr Tərcüman