📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin humanitar yardımı Ukrayna və Moldovaya çatıb

2022-03-03 14:46:00

Türkiyənin humanitar yardımı Ukrayna və Moldovaya çatıb

Türkiyədən yola salınan humanitar yardım Ukrayna və Moldovaya yetişib. Türkiyə Fövqəladə Hallar İdarəsi tərəfindən göndərilən humanitar yardım Moldova və Ukrayna hakimiyyət nümayəndələrinə çatdırılıb. Bu barədə Türkiyə Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Açıqlamada bildirilir ki, humanitar yardım daşıyan 8 TIR Moldova və Ukrayna rəsmilərinə çatdırılıb. Ərzaq məhsulları, ədyal, çarpayı və çadır kimi digər zəruri əşyaları əhatə edən yardım Ukrayna xalqına paylanacaq. Yardımı qəbul edərkən Moldova Daxili İşlər Nazirliyinin baş katibi Sergey Deakano Türkiyə hökumətinə və xalqına göndərdikləri yardıma görə öz təşəkkürünü bildirib. Xatırladaq ki, Türkiyə hökuməti tərəfindən 1536 adda ərzaq məhsulu bağlaması, 360 kiçik çadır, 16 böyük çadır, 680 çarpayı, 680 yastıq və 2640 ədyal göndərilərək Ukrayna xalqına, habelə həmin bölgədə yaşayan Türkiyə vətəndaşlarına çatdırılıb. Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna xalqına və hökumətinə ümumi dəyəri 5 milyon avro olan humanitar yardım göndərmişdi.

Ülviyyə, Hurriyyet.az