Türkiyənin ilk hərbi təyyarəsinin ilk detalı hazırlandı!
2021-11-04 17:49:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyədə yerli yeni – beşinci nəsil hərbi təyyarənin ilk detalı istehsal edilib. Bu barədə açıqlamanı Türkiyənin TUSAŞ aerokosmik sənaye şirkətinin direktoru Tamel Kotil öz “Tvitter” səhifəsində verib.
O, yerli hərbi təyyarənin istehsalı layihəsinin bütün ölkə üçün strateji əhəmiyyətə malik olduğunu söyləyib və layihədə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
2022-ci ilin axırına qədər hərbi təyyarənin 20 min detalının hamısının tamamlanması nəzərdə tutulur.
Türkiyənin ilk milli hərbi təyyarəsinin 2023-cü il martın 18-də tam hazır olması gözlənilir.
Hürr Tərcüman