📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin ilk kosmonavtlarından olan Atasever – anamın vətəni Azərbaycanın da bayrağını kosmosa aparmaq niyyətindəyəm

2023-09-30 14:24:02

Türkiyənin ilk kosmonavtlarından olan Atasever – anamın vətəni Azərbaycanın da bayrağını kosmosa aparmaq niyyətindəyəm

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin ilk kosmonavtları öz missiyalarını yerinə yetirməyə tam hazır vəziyyətdədirlər. Alper Gezeravcı ilə Tuva Cihangir Atasever kosmonavt seçildikləri bəlli olan gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onlara verdiyi Türkiyə bayrağını da özləri ilə kosmosa aparmağa hazırlaşdıqlarını bildiriblər.

İzmirdə keçirilən TEKNOFEST - aviasiya, kosmonavtika və texnologiyalar festivalında iştirak edən kosmonavtlar “Anadolu Agentliyi”nə müsahibə verərkən Türkiyə Respublikasının elan edilməsinin 100 illiyinə həsr ediləcək ilk kosmik missiyanı yetirməyə hazır olduqlarını bildiriblər.

Kosmonavtlar NASA-nın hazırlıq proqramında iştirak ediblər.

Tuva Cihangir Atasever kosmosa yollanarkən özü ilə anasının vətəni olan Azərbaycanın bayrağını da aparmaq niyyətində olduğunu deyib: “Bir millət – iki dövlət olaraq, özümlə iki dövlətin bayraqlarını da aparmaq istəyirəm”.

Hürr Tərcüman