📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin ilk milli tankı orduya verildi

2023-04-24 08:00:00

Türkiyənin ilk milli tankı orduya verildi

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan öz “Tvitter” səhifəsindəki paylaşmasında ilk milli “Altay” tanklarının sınaqdan keçirilməsi üçün aprelin 23-də Türkiyə Silahlı Qüvvələrinə verildiyini bildirib.

Prezident Ərdoğan yazıb: “Türkiyənin əsas müasir hərbi tankı olacaq yeni nəsil “Altay” tankını qəhrəman ordumuza təslim etdik”.

Yeni tankın sınaqlarının iki ilə yaxın müddət ərzində keçiriləcəyi gözlənilir.

Tank 1919-1923-cü illərdə Türkiyənin müstəqilliyi uğrunda müharibədə döyüşmüş general Fahrettin Altayın şərəfinə bu adı alıb.

Tank demək olar ki, tamamilə Türkiyənin müdafiə sənayesi müəssisələrinin gücü hesabına layihələndirilib. Texnikanın bəzi hissələrinin, o cümlədən, 120 mm kalibrli mərmisinin Cənubi Koreyanın “Hunday” şirkətinin ölkəyə verdiyi lisenziyaların bazasında istehsal edilməsi qərara alınıb.

65 tonluq maşın yeni nəsil zirehlə və fəal müdafiə sistemi ilə təchiz edilib, bunun sayəsində tankəleyhinə raket komplekslərindən qoruna bilir. Tankın atəş açması kompüter sistemi vasitəsi ilə idarə edilir.

Hürr Tərcüman