📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin sınağı keçirilib- Səlçuk Bayraktarın paylaşımı

2022-11-21 10:10:00

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin sınağı keçirilib- Səlçuk Bayraktarın paylaşımı

"Baykar" tərəfindən milli səviyyədə hazırlanmış Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar KIZILELMA"-nın sınaqları uğurla başa çatıb.

Bu barədə "Bayraktar" şirkəti məlumat yayıb. Şirkətin rəhbəri Səlçuk Bayraktar isə sosial şəbəkədə həmin anların görüntülərini paylaşıb.

Xatırladaq ki, "Baykar"ın təxminən 20 illik dərin texnoloji təcrübəsi ilə inkişaf etdirilən "Kızılelma"nın testlərinin davam edəcəyi bildirilir.

"Kızılelma"nın ilk uçuşunun 2023-cü ildə həyata keçiriləcəyi gözlənilir.

Hurriyyet.az sınaq anından görüntüləri təqdim edir:

musavat.com