📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin ilk səsdən sürətli dronu təqdim ediləcək

2023-08-23 15:34:50

Türkiyənin ilk səsdən sürətli dronu təqdim ediləcək

Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Baykar” texnologiya şirkəti “Kızılelma” ilk pilotsuz uçuş təyyarəsinin səsdən sürətli versiyası üzərində çalışır. Türkiyənin “Hürriyet” nəşrinin xəbərinə görə, bu məlumatı şirkətin texniki direktoru Selçuk Bayraktar verib. Onun sözlərinə görə, hazırda “Kızılelma A” variantı üzərində iş gedir. İşlərin yaxın zamanda tamamlanması gözlənilir.

Türkiyənin ilk hərbi pilotsuz uçuş təyyarəsi “Kızılelma” 2021-ci ildə istehsal edilib, onun ilk uçuşu 2022-ci il dekabrın 14-də, ikinci uçuşu isə 2023-cü il yanvarın 23-də həyata keçirilib.

Hürr Tərcüman