📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin inşaat şirkəti Talibanla külək elektrik stansiyası tikintisi barədə anlaşdı

2023-05-11 15:38:00

Türkiyənin inşaat şirkəti Talibanla külək elektrik stansiyası tikintisi barədə anlaşdı

Taliban və türklər külək enerjisi ilə bağlı müqavilə imzalayıblar. Anlaşmanı Talibanın Su və Energetika Nazirliyinin rəhbəri Əbdül-Lətif Mənsur və Türkiyənin “77 İnşaat və Taahhüt A.Ş” tikinti şirkətinin rəhbəri Süleyman Ciliv imzalayıblar.

Sözügedən 200 MVt gücündə külək elektrik stansiyası Herat əyalətində tikiləcək, tərəflər layihənin həyata keçirilməsindən əvvəl onun yerində texniki tədqiqatlara başlayıb. Mətbuat konfransında türkiyəli iş adamlarına müraciət edən Ciliv onları əmin edib ki, Taliban təhlükəsizlik və daha yaxşı iş şəraiti təmin edib, sərmayəçilərə isə vaxtında və tam ödəniş edilib.

Şirkət “77 İnşaat ve Taahhüt A.Ş.” Əfqanıstanda artıq Qəndəharda günəş elektrik stansiyasının tikintisi və Hilmend əyalətindəki “Kajaki” su elektrik stansiyasında turbinin quraşdırılması ilə tanınıb.

Ülviyyə, Hurriyyet.az