📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin İzmir şəhərində binada qaz partlayışı olub - Ölülər və yaralılar var

2024-06-30 17:18:04

Türkiyənin İzmir şəhərində binada qaz partlayışı olub - Ölülər və yaralılar var

Türkiyənin İzmir şəhərində Torbalı mahalının Ayrancılar səmtində bir binada təbii qaz partlayışı baş verib.

Hürriyyət.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Torbalı Bələdiyyə Başçısı Övünç Dəmirin verdiyi son məlumata görə, partlayış nəticəsində 4 nəfər həyatını itirib.

Məlumata görə, yerli vaxtla saat 15:00 radələrində Ayrancılar məhəlləsi Barış Manço küçəsində yerləşən çörək sexində partlayış olub. Təbii qazın səbəb olduğu bildirilən partlayışda çox sayda insan yaralanıb. Xəbər üzərinə jandarma, sağlamlıq, xilasetmə və bağışlayan qruplar ünvana sövq edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.