Türkiyənin Konstitusiyası dəyişdirilə bilər
2021-09-30 16:55:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkənin yeni Konstitusiyaya ehtiyacının olduğunu bildirib. Şentop bu gün parlamentdəki çıxışında Konstitusiyanın dəyişdirilməsinin müasir dövrün tələbi olduğunu söyləyərək əlavə edib: “Parlament həm siyasi, həm də hüquqi baxımdan bunun üçün bütün səlahiyyətlərə malikdir”.