📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin Milli Müdafiə Nazirliyi: “20 Yanvarı unutmadıq, unutmayacağıq!”

2023-01-20 13:13:00

Türkiyənin Milli Müdafiə Nazirliyi: “20 Yanvarı unutmadıq, unutmayacağıq!”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar  “Feysbuk” və “Tvitter” səhifələrində Azərbaycana başsağlığı verib.

Nazirliyin yazısında deyilir:

“Unutmadıq, unutmayacağıq!

1990-cı il 20 yanvar tarixində qardaş Azərbaycanda baş verən və Qara Yanvar kimi tanınan qətliamda şəhid edilən qardaşlarımızı rəhmətlə anırıq. “Bir millət, iki dövlət” olaraq Azərbaycan türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik”.

Hürr Tərcüman