Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan xalqına başsağlığı verdi
2022-09-13 23:46:00
“Həmişə öz qardaşlarımızın yanındayıq”
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqına başsağlığı verib.
Açıqlamada deyilir: “Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən döyüşlərdə şəhid olan Azərbaycan ordusundakı qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımız tezliklə şəfa tapmasını, qardaş Azərbaycan xalqına da başsağlığı və səbr diləyirik.
Ermənistan illərlə davam edən təxribatçı və aqressiv mövqeyini tərk eləməli və ona qarşı uzadılan sülh əlini fürsət bilməlidir. Türkiyə olaraq həmişə öz qardaşlarımızın yanındayıq və daima da yanında olacağıq!”
Hürr Tərcüman
.png)
.png)