Türkiyənin Müdafiə Nazirliyindən taxıl müqaviləsi ilə bağlı açıqlama
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Rusiya Federasiyasının taxıl müaviləsində iştirakını dayandırması barəsində açıqlama verib. Açıqlamada İstanbulda yerləşən Ortaq Koordinasiya Mərkəzindəki Rusiya heyətinin mərkəzi tərk eləmədiyi, Rusiyanın BMT-yə və Türkiyə rəhbərliyinə verdiyi məlumatda “Sevastopoldakı atışmalarla əlaqədar taxıl razılaşmasını müvəqqəti olaraq dayandırdığını” xəbər verdiyi bildirilir.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Hazırkı dövrdə Ukrayna limanlarından gəmi çıxışları olmayacaq. İstabul kimanlarında gözlyən taxıl dolu gəmilərin təftişinin bu gün və sabah davam edəcəyi planlaşdırılır”.
Problemin həlli və taxıl müqaviləsinin yenidən icrasına başlanması üçün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə digər vəzifəli şəxslərin qarşı tərəflərlə əlaqə saxladığı xəbər verilir.
İstanbulda yerləşən Ortaq Koordinasiya Mərkəzinin fəaliyyəti sayəsində bu günə qədər Ukrayna limanlarından 9,3 milyon tona qədər taxılın ehtiyacı olan ölkələrə çatdırıldığı bildirilir.
Hürr Tərcüman