📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin müdafiə sənayesi rekord nəticələr qazanır

2024-03-05 12:55:37

Türkiyənin müdafiə sənayesi rekord nəticələr qazanır

Hurriyyet.az  xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin müdafiə sənayesinin yeni ixrac rekordları qazandığını bildirib. Təkcə 2024-cü ilin yanvar-fevral aylarında ölkə 633 milyon dollar məbləğində hərbi (müdafiə və aerokosmik sahələrdə) sənaye məhsulları israc edib. Bu müddət ərzində 50 ölkəyə 770 ədəd PUA tədarük eləmək üçün müqavilələr imzalanıb. Ötən 2023-cü ildə isə Türkiyə 1,8 milyard dollar dəyərində PUA ixrac edib.
Bütün bunlar Türkiyə iqtisadiyyatına müsbət təsirini göstərir - 2024-cü ilin ilk 2 ayı ərzində ölkənin büdcə kəsiri 13 milyard dollardan artıq azalıb.
Bəlli olduğu kimi, bu yaxınlarda Türkiyənin ilk beşinci nəsil qırıcısı - KAAN təyyrəsi də havaya qalxıb. Ən son texniki avadanlıqlarla təchiz edilmiş təyyarə sınaqdan uğurla çıxıb.
Hürr Tərcüman