📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin neft tankeri dronla vurulub - KİV

2026-03-26 10:17:52

Türkiyənin neft tankeri dronla vurulub - KİV

Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin dron hücumuna məruz qaldığı iddia edilir.

Hurriyyet.az "Sözcü"yə istinadən xəbər verir ki, tanker İstanbul boğazının girişindən 15 mil (24,14 km) məsafədə vurulub. 

Məlumata görə, hücum nəticəsində gəminin bəzi hissələrinə ziyan dəysə də, 27 nəfərlik heyət üzvləri zərər görməyib.

Tankerdə 140 min ton neftin olduğu bildirilib.

Tankerin vurulması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.