📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin qaz qovşağı olması təkcə Rusiya üçün nəzərdə tutulmur-türk nazirdən AÇIQLAMA

2022-11-09 14:55:00

Türkiyənin qaz qovşağı olması təkcə Rusiya üçün nəzərdə tutulmur-türk nazirdən AÇIQLAMA

Türkiyə qaz qovşağı təkcə Rusiyadan yanacaq tədarükü üçün nəzərdə tutulmayacaq. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.
“Rusiya mühüm enerji təchizatçısıdır və bu yaxınlara qədər Avropanın qaz tələbatının üçdə birini ödəyirdi. Türkiyəyə gəlincə, Rusiya qazı ölkəmizin istehlakının ən azı 40%-ni təşkil edir. Bununla belə, biz yalnız bir mənbəyə diqqət yetirmək fikrində deyilik. Biz gələcəkdə İran, Azərbaycan, İraq, LNG məsələsində isə - Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Omanı da bu qismdə gözdən keçiririk. Eyni zamanda, biz Əlcəzair və hətta Nigeriya ilə aktiv şəkildə LNG ticarəti aparırıq. Zəruri hallarda, ABŞ-dan LNG alırıq”, deyə “Anadolu” agentliyi Dönməzin sözlərini sitat gətirib.
"Rusiya tərəfinin başa düşməsi lazımdır ki, qovşağın infrastrukturundan istifadə müqavilələrdə aydın şəkildə göstərilməlidir. Əks halda, başqa ölkələr öz sərmayələri ilə iştirak etməlidir", deyə nazir fikirni yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az