📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TÜRKİYƏNİN SƏFİRİ ŞUŞADA HİKMƏT HACIYEVLƏ ÇÖRƏK KƏSDİ - VİDEO

2021-07-10 15:50:00

TÜRKİYƏNİN SƏFİRİ ŞUŞADA HİKMƏT HACIYEVLƏ ÇÖRƏK KƏSDİ - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycandakı diplomatik korpusun nümayəndələri ötən gün Şuşada olublar.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə Şuşa səfərindən maraqlı foto paylaşıb.

O, Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə çörək kəsərkən çəkilmiş fotosunu paylaşaraq yazıb: “Bir türk adəti. Hikmət Hacıyevlə belə çörək kəsdik”.