Türkiyənin SİPER-i ilk atışını reallaşdırdı - Video
2021-11-06 16:19:00
Türkiyənin uzun mənzilli hava hücumundan müdafiə sistemi SİPER ilk atış sınağını reallaşdırıb.
Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
O bildirib ki, SİPER-lə bağlı daha bir mərhələni uğurla tamamlayıblar:
“2023-cü ildə Türkiyə ordusunun arsenalına daxil etməyi planlaşdırdığımız SİPER-lə bütün təhlükələri ən güclü şəkildə aradan qaldıracağıq”.