📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin "TPAO" milli neft şirkəti ilə "Chevron" arasında Anlaşma Memorandumu imzalandı

2026-02-05 19:27:36

Türkiyənin

İstanbul şəhərində Türkiyənin "TPAO" milli neft şirkəti ilə ABŞ-nin "Chevron" şirkəti arasında neft və təbii qaz kəşfiyyatı və hasilatı fəaliyyətləri, eləcə də enerji sektorunda potensial əməkdaşlığın qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün "X" hesabında məlumat verib.

"Bu Anlaşma Memorandumu ilə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə birgə layihələr inkişaf etdirməyi hədəfləyirik.

Gabar və Qara dənizdəki işlərimizi beynəlxalq təşəbbüslərimizlə dəstəkləyərək, "TPAO"nu bir milyon barel istehsal gücünə malik qlobal şirkətə çevirmək vizyonumuza da töhfə verəcəyik.

Yaxın zamanda yeni müqavilələrə və müxtəlif beynəlxalq tərəfdaşlıqlara imza atacağıq, həyata keçirdiyimiz konkret layihələri millətimizlə bölüşəcəyik", - deyə nazir bildirib.