Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
2026-10-18 18:48:41
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.