📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyənin XİN rəhbəri Hakan Fidan Çinə səfər edib

2024-06-04 09:11:52

Türkiyənin XİN rəhbəri Hakan Fidan Çinə səfər edib

Türkiyənin xarici işlər naziri ilk rəsmi səfərini Çinə edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Çində 3 günlük səfərdədir. Türkiyənin Pekindəki səfirliyindən verilən açıqlamaya görə, bu, onun xarici işlər naziri kimi Çinə ilk səfəridir.

İlk görüş Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi-Hüquqi Komissiyasının sədri Çen Vençinqlə olub.

Fidanın Çinli sədr müavini Xan Çjen ilə də görüşü gözlənilir. Danışıqların əsas mövzuları Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi olacaq. O, Pekində görüşlərdən sonra Urumçi və Kaşğara səfər edəcək.

Bundan başqa, Türkiyə BRİKS-ə qoşulmaq istəyini də açıqlayıb. Bu məsələ Rusiya Federasiyasında nazirlərin görüşündə müzakirə olunacaq. 

Ülviyyə, Hurriyyet.az