📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəyə çox ehtiyacımız var – Taliban

2021-08-20 13:38:00

Türkiyəyə çox ehtiyacımız var – Taliban

Bütün infrastrukturumuz çökdü. Əfqanıstanı yenidən quracağıq.

HURRİYYET.az xəbər verir ki, bu sözləri Taliban sözçüsü Süheyl Şahin deyib.

”Bu baxımdan ən çox Türkiyəyə ehtiyacımız var. Əfqanıstan zəngin yeraltı sərvətlərə malikdir. Amma bunları emal etmək kimi gücümüz yoxdur. Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, inşaat və enerji sahələrində və yeraltı sərvətlərin işlənməsində əməkdaşlıq etmək istəyirik. Ən böyük gözləntimiz türk qardaşlarımızın daxili balanslar tam formalaşdıqdan sonra bu məsələlərdə fəal rol oynayacaqlarıdır”, - deyə sözçü bildirib.