📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəyə F-35 satılmasa, Rusiya qırıcıları alınacaq

2021-10-28 17:48:00

Türkiyəyə F-35 satılmasa, Rusiya qırıcıları alınacaq

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, ABŞ ilə Türkiyə arasında F-35 böhranı davam edir. ABŞ ilə F-35 və F-16 problemlərinin həll edilməyəcəyi təqdirdə, Türkiyə Rusiyadan Su-35 və Su-57 təyyarələrinin alınması məsələsini masaya qoyacaq. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bununla bağlı açıqlamasında deyib: “Türkiyəyə qarşı ikili standartlar NATO-nu zəiflədər”.

Türkiyə pulunu ödədiyi halda, ABŞ onu F-35 qırıcılarının satışı proqramından çıxarmış, bunun səbəbinin Türkiyədən Rusiyadan S-400 sistemlərinin alınması olduğunu bəyan etmişdi. Türkiyə bundan sonra, ABŞ-a pulun əvəzində 40 ədəd F-16 hərbi təyyarəsini satmağı təklif edib. ABŞ Senatı bu tələbə də veto qoymağa çalışır. Çavuşoğlu məsələ ilə bağlı CNN Türk kanalına belə bir açıqlama verib: “Bu mövzuda müxtəlif lobbilərin ortaya girdiyini görürük. 11 konqres üzvü bizə qarşıdır. Konqresin razılaşması mühümdür. Biz S-400-ü niyə aldıq? ABŞ Konqresi bəhanə edib “Partiot” sistemlərini satmadı. Biz də başqalarına üz tutduq. İndi də Konqresdən belə məktub gələ bilər, lakin daha çox ABŞ iqtidarının mövqeyi əsasdır. Rəhbərlk Konqresi razı sala bilər. Türkiyə heç vaxt çarəsiz qalmayıb. Hazırda ehtiyacının 75 faizini özü istehsal edir.

Biz ehtiyacımız yarandıqda başqa ölkələrə yönələ bilərik. Yolumuza davam edirik. Öz təyyarəmizi istehsal edənə qədər ehtiyaclarımızı başqa mənbələrdən ödəyəcəyik. ABŞ bu problemləri həll eləmək istəməsə, Su-35 və Su-57 daxil digər variantlar nəzərdən keçiriləcək. Türkiyəyə qarşı ikili standartlar NATO-nu zəiflədər”.

 

Hürr Tərcüman