📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəyə "güc nümayişi" Ərdoğanı qəzəbləndirdi - FOTOLAR

2022-09-09 23:02:00

Türkiyəyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərhəddə ABŞ ordusu ilə PKK terrorçularının birgə təlim keçməsinə münasibət bildirib.

O ABŞ-ın yalnış davranışlar sərgiləməyə davam etdiyini ifadə edib. Ərdoğan qeyd edib ki, terrorçular “Suriya Demokratik Qüvvələri” adı altında kamuflyaj olaraq, terrorçu fəaliyyəti aparırlar. Ərdoğan Suriyada terrorçulara aman verilməyəcəyini ifadə edib. “ABŞ terror təşkilatlarına silah göndərdi və göndərir. Təkcə Suriyada koalisiya qüvvələri ilə deyil, İraq da etdilər. Bu dəstəklə yanaşı təlimlər də keçirlər” - Ərdoğan deyib.

Qeyd edək ki, ABŞ ordusu Türkiyə sərhədindən 20 kilometr məsafədə PKK terrorçuları ilə birgə təlimlər keçib. \\Metbuat