📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəyə yardım üçün donor konfransı keçiriləcək

2023-02-09 00:21:00

Türkiyəyə yardım üçün donor konfransı keçiriləcək

Avropa Birliyi (AB) Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə kömək məqsədilə donor konfransı təşkil edəcək.

Hurriyyet.Az TRT telekanalına istinadən xəbər verir ki, bu barədə AB Komissiyasının açıqlamasında bildirilib.

Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib.

Qeyd edilib ki, yüksək səviyyəli konfrans AB-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.\\Axar.Az