📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türklər Şahruddindən danışır

2023-09-11 20:12:27

Türklər Şahruddindən danışır

Türkiyə mediası Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olan Şahrudin Məhəmmədəliyevdən yazıb.

Türk mediası qapıçının “Belçika” ilə oyunda uğurlu oyununa diqqət çəkib. Yerli media yazır ki, “Adana Dəmirspor"un yeni transferi Şahrudin Məhəmmədəliyev Avro-2024-ün seçmə mərhələsində Belçika ilə oyunda Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

Qeyd edilib ki, Belçika ilə görüşdə 6 seyv edən Şahrudin fərqin artmasının qarşısını alıb. Qeyd edək ki, Azərbaycan millisi evdə Belçikaya 0-1 hesabı ilə məğlub olub.\\Offsideplus.Az