📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türklərin sayı artdı, türk dili rəsmi dil elan edildi

2022-12-24 10:18:00

Türklərin sayı artdı, türk dili rəsmi dil elan edildi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Şimali Makedoniyanın Vasilevo şəhərində türk dili ikinci rəsmi dil elan edilib. Bununla da ölkədə türk dilinin rəsmi dil kimi qəbul edildiyi bələdiyyələrin sayı 9-a çatıb.

Qərarın verilməsinin səbəbi şəhərdə yaşayan türklərin sayının əhalinin 20%-ni keçməsi olub.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Hürr Tərcüman