Türkmənistan öz rəqəmsal şəbəkəsini yaradacaq
2022-12-13 13:26:00
Türkmənistan dünya internet şəbəkəsinə qoşulmayan milli rəqəmsal şəbəkə yaradacaq.
Belə ki, Prezident Serdar Berdiməhəmmədov internetə qoşulmayan Milli Rəqəmsal Şəbəkənin formalaşdırılması konsepsiyasının hazırlanması üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb.
Buna uyğun olaraq, muxtar Milli Rəqəmsal Şəbəkənin yaradılmasına yönəlmiş sistemli tədbirlər görməli olan komissiyanın tərkibi təsdiq edilib.
Ülviyyə, Hurriyyet.az