Türkmənistan Prezidenti cənab Ərdoğana fəxri ad verib və onun yubileyini təbrik edib
Hurriyyet.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov Türkiyə Prezidenti R.T.Ərdoğana "Türkmənistanın fəxri ağsaqqalı" ("Hormatly il a ulusy")adını verib. Berdıməhəmmədov Ərdoğanı 70 yaşının tamam olması münasibətilə təbrik edib, onun iki ölkə arasındakı münasibətlərin inkişafında yüksək rol oynadığını qeyd edib.
Türkmənistanın Xalq Məsləhətinin (Xalq şurası) sədri Qurbanqulu Berdıməhəmmədov da Prezident Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: "Sizin müdrik rəhbərliyiniz sayəsində Türkiyə Respublikası sosial-iqtisadi inkişafa nail olur, sülhün və sabitliyin təmin olunması üçün dünya arenasından mühüm rol oynayır. Türkmənistanla Türkiyə Respublikasının arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafında şəxsən sizin sanballı töfhənizi qeyd etmək istəyirəm".
Hürr Tərcüman