Türkmənistan Prezidenti Özbəkistanda səfərdədir
2022-07-14 14:26:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun Özbəkistana ikigünlük rəsmi səfəri başlanıb.
Səfər çərçivəsində onun Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşəcəyi gözlənilir. Görüş zamanı siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, tərəfdaşlıq müqavilələrinin imzalanacağı gözlənilir.
Hürr Tərcüman