Türkmənistan qazı Azərbaycan vasitəsi ilə Türkiyəyə nəql oluna bilər – Ərdoğandan açıqlama
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan qazının Xəzər dənizindən keçərək Türkiyəyə aparılacağına inandığını bildirib. Ərdoğan dekabrın 14-də, Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Türkiyə arasında keçiriləcək üçtərəfli sammitdən bəhs edərkən deyib: “Biz bu məsələni sammitdə müzakirə edəcəyik. Ümidvaram ki, Türkmənistan qazı Xəzər dənizi vasitəsi ilə ölkəmizə nəql ediləcək”. Ərdoğan qeyd edib ki, üç ölkənin xarici işlər nazirlərinin danışıqlarından sonra dövlət başçıları yeni formatda işə başlayacaqlar.
“Sammitin gündəliyində duran əsas məsələlər təbii qaz sahəsi ilə bağlı olacaqdır. Bundan savayı, biz əlaqələrimizin əsasını gücləndirəcək bir sıra razılaşmaları imzalamağı planlaşdırırıq”.
Xatırladaq ki, 13-14 dekabr tarixlərində Türkmənbaşı şəhərində prezidentlər Sərdar Berdıməhəmmədov, İlham Əliyev və R.T.Ərdoğanın iştirakı ilə sammit keçiriləcəyi planlaşdırılır.
Hürr Tərcüman