Türkmənistan “Taliban”la müzakirələrə başladı
2021-09-30 16:49:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkmənistanın Əfqanıstandakı səfiri Xoca Ovezov Kabul şəhərində “Taliban” hakimiyyətinin Xarici İşlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi ilə görüşüb.
Tərəflər energetika və ticarət sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən TAPİ qaz boru xəttinin tikintisini müzakirə ediblər.