Türkmənistanın yeni prezidenti Berdiməhəmmədov oldu
2022-03-15 12:54:00
Hurriyyet.az TRT Avaz kanalına istinadla xəbər verir ki, Türkmənistanda prezident seçkilərinin qalibi 72,97 faiz səs çoxluğu ilə Sərdar Berdiməhəmmədov olub.
Türkmənistan əhalisi 6,2 milyon nəfərdir. Onlardan 3435950 nəfəri səsvermə hüququna malikdir. Seçicilərin 97,12 faizi seçkilərdə iştirak edib. 9 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb.
Hürr Tərcüman