📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkmənistanla ABŞ arasında danışıqlar aparılıb

2022-06-10 14:25:00

Türkmənistanla ABŞ arasında danışıqlar aparılıb

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkmənistanın Xarici İşlər nazirinin müavini Vepa Hacıyev ilə ABŞ-ın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Tomas Uest arasında onlayn görüş keçirilib. Türkmənistan ilə ABŞ arasında Əfqanıstan məsələsinin nizamlanması ilə bağlı danışıq aparılıb. Bu barədə məlumatı Türkmənistan XİN verib.

Söhbət zamanı Əfqanıstandakı vəziyyətin nizamlanması üçün həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Aşqabadın bu işdə fəal iştirak elədiyi, konstruktiv təkliflər və təşəbbüslər irəli sürdüyü vurğulanıb.

Hürr Tərcüman