TV-lərdə tərbiyəsizlər tərbiyədən danışır – Mərdənov
2022-07-08 15:48:00
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, o, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən televiziyalarda ailəsi olmayanın ailədən, tərbiyəsi olmayanın isə tərbiyədən danışdığını deyib.
"Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır", - M.Mərdanov bildirib.