📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tvitter” kimlər üçün pullu olacaq?

2022-10-31 11:43:00

“Tvitter” kimlər üçün pullu olacaq?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, dünyanın ən zəngin adamlarından hesab edilən, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “Tvitter” sosial şəbəkəsini satın aldıqdan sonra yeni qərar qəbul edib.

“Tvitter” şəbəkəsinin “mavi quş” işarəsindən istifadə edənlər bunun üçün ayda 20 dollar (34 manat) pul ödəməli olacaqlar.

Bu işarənin istifadəçilərinin abunə olmaları, yaxud da işarədən imtina eləmələri üçün onlara 90 gün möhlət verilir.

Hürr Tərcüman