📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tvitter” satıldı - Kimə? Neçəyə?

2022-04-26 12:42:00

“Tvitter” satıldı - Kimə? Neçəyə?

“Tvitter”dən verilən açıqlamada şirkətin hər bir səhminin 54,2 dollara satılması barəsində razılaşma əldə edildiyi bildirilir

Hurriyyet.az xəbər verir ki, Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask “Tvitter” sosial media şirkətini təqribən 44 milyard dollara satın almaq üçün razılaşma əldə eləyib.

“Tvitter”dən verilən açıqlamada şirkətin hər bir səhminin 54,2 dollara Maska satılması barəsində razılaşma əldə edildiyi bildirilib.

Açıqlamada bildirilib ki, proseduralar tamamlandıqdan sonra “Tvitter” özəl bir şirkətə çevriləcək.

Bu sövdələşmə ilə bağlı açıqlama verən Mask deyib: “Söz azadlığı demokratiyanın təməl daşıdır və “Tvitter” bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyətə malik məsələlərin müzakirə edildiyi rəqəmsal şəhər meydanıdır”.

Hürr Tərcüman