Tvitterdə güneyli siyasi məhbus Abbas Lisaniyə dəstək kampaniyası başladılır
2022-08-31 14:36:00
Cərrahiyyə əməliyyatı keçirməsinə rəğmən İran hökumətinin həbsə atdığı azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə “Tvitter”də dəstək kampaniyası keçiriləcək.
Bu məqsədlə sentyabrın 2-i cümə günü saat 21:00-da azərbaycanlı siyasi məhbus Abbas Lasaninin sağlıq durumuna diqqət çəkmək üçün Tvitterdə #FreeLisani haştagı başladılacaq.
Bununla yanaşı, “Club Haus”-da “Azadlıq, Ədalət, Milli hökumət” adı ilə azərbaycanlı milli fəallar, azadlıq və ədalətsevərlərin iştirakı ilə Abbas Lasaniyə qarşı edilən qanunsuz basqılar barədə danışılacaq.
Xatırladaq ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani yenicə cərrahiyyə əməliyyatı olunsa da, müalicə olunmaq əvəzinə rejim tərəfindən yenidən zindana salınıb.
Ülviyyə, Hurriyyet.az