📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tvitter”in direktorlar şurası ləğv edildi – Mask təkbaşına idarə edəcək

2022-11-01 12:00:00

“Tvitter”in direktorlar şurası ləğv edildi – Mask təkbaşına idarə edəcək

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, məşhur milyarder İlon Mask “Tvitter” şəbəkəsini satın aldıqdan sonra onun yeganə icraçı direktoruna çevrilib. Mask “Tvitter” şirkətinin direktorlar şurasını ləğv edib.

Qiymətli Kağızlar və Birjalar Komissiyasına şirkətin tək rəhbərinin İlon Maks olduğu bildirilib.

Açıqlamada xəbər verilir ki, Ümid Kürdistani, Bred Teylor, Paraq Aqraval, Devid Rozenblatt, Marta Leyk Foks, Patrik Pişett, Eqon Durban, Fey Fey Li və Mimi Alemayeu daha idarə heyətinin tərkibində olmayacaq.

Hürr Tərcüman