📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tvitter”in loqotipi “elə sabahdan” dəyişə bilər

2023-07-24 10:37:00

“Tvitter”in loqotipi “elə sabahdan” dəyişə bilər

Huriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, yazın zamanlarda “Tvitter” in loqotipindəki “mavi quş”  qara fondakı “X” hərfi ilə əvəvzlənə bilər. Şirkətin sahibi İlon Mask bununla bağlı açıqlamasında yazıb: “Tezliklə biz “Tvitter”in brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq... Əgər bu gün yetərincə uğurlu “X” loqotipi meydana çıxsa, artıq ertəsi günü bütün dünyada “Tvitter” həmin loqotiplə fəaliyyət göstərəcək”.

Xatırladaq ki, “Tvitter”in əsası 2006-cı ildə qoyulub. Onun rəmzi isə “mavi quş”dur. Çünki “to tweet” – ingilis dilində “civildəmək, cikkildəşmək, çənə döymək” mənalarını verir. Əvvəllər “tvit”lər 140 işarə ilə məhdudlaşırdısa, 2017-ci ilin noyabrından bu limit iki dəfə artırılıb.

Audio və video şəklində paylaşmalara isə 140 saniyə limiti qoyulub.

Hürr Tərcüman