📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Uber" və "Bolt" sürücülərin kartında olan pulları ödəmir - Benzin kuponu fırıldağı

2022-09-07 10:49:00

"Uber" və "Bolt" taksi sürücülərini çətin vəziyyətə salıb.

Hurriyyet.az
bildirir ki, Bizimxeber.az-a daxil olan məlumata görə, bir neçə aydın sözügedən şirkətlər kartla edilən ödəmələri sürücülərə qaytarmır. Şirkətlər sürücünün halal haqqı olan pulu benzin kuponu ilə əvəzləyir. Sürücülər bildirir ki, bu da onlara sərf etmir.

Ən maraqlısı odur ki, "Uber" və "Bolt"un verdiyi elektron benzin kuponları yalnız "Azpetrol" yanacaqdoldurma məntəqələrində keçərdlidir.

Niyə məhz "Azpetrol"?

"Uber", "Bolt" və "Azpetrol" şirkətlərinin bu işdə hansı marağı var?

Baş verənlərlə bağlı "Uber" və "Bolt" şirkətinin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Ümumiyyətlə, sözügedən şirkətlərin Azərbaycandakı rəsmi fəaliyyəti ciddi sual altındadır.

1