📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üç ay öncə tikilən bina sökülür - Foto

2021-12-11 13:07:00

Üç ay öncə tikilən bina sökülür - Foto

 Bakının Nərimanov rayonunda bir neçə ay öncə tikilən qeyri-yaşayış obyektinin söküntüsünə başlanılıb.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Ağa Nemətulla və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində köhnə tikililərin üzərində 3 mərtəbəli bina tikilib. Tikintiyə təxminən 3 ay öncə başlanılıb və binanın üçüncü mərtəbəsi yekunlaşdıqdan sonra rəsmi qurumlar tərəfindən tikintiyə qadağa qoyulub.

Qeyri-yaşayış obyekti hazırda fəaliyyət göstərən köhnə tikililərin ətrafında beton divarlar quraşdırılmaqla tikilib və tikinti zamanı da həmin dükanlar normal qaydada fəaliyyətini davam etdirib.

Lakin üçüncü mərtəbə tikildikdən sonra məlum olub ki, binanın yalnız bir mərtəbə tikilməsinə icazə verilib. Bundan sonra qeyri-yaşayış obyektinin sökülməsinə qərar verilib. Artıq tikilinin söküntüsü davam edir.





 Bizi Telegramda izləyin