📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üç dəfə insult keçirən vəkil sağalır - Özündən açıqlama

2024-12-23 20:42:08

Üç dəfə insult keçirən vəkil sağalır - Özündən açıqlama

Bir müddət bundan öncə insult keçirən tanınmış vəkil Əsabəli Mustafayevin səhhəti normallaşıb.

Hurriyyet.Az bildirir ki, bu barədə Qaynarinfo-ya onun özü danışıb. 

Vəkil deyib ki, artıq nitqi bərpa olunub:

"Əvvəl zəng edəndə telefonumu həyat yoldaşım götürüb, səhhətimlə bağlı məlumat verərdi. Şükürlər olsun Allaha, indi özüm götürürəm. Niqtim düzəlir, müalacə davam edir".

Əsabəli Mustafayev hələ işə çıxmadığını vurğulayıb:

"Evdəyəm, dostlar zəng edir, hal-əhval tutur. Amma görüşə bilmirik".

Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.