"Üç gün sonra Prezidentimizin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək" - Türkiyə səfiri
2022-10-17 14:10:00
"Üç gün sonra cənab Prezidentimizin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək".
Bunu Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
"Biz də bunun həyəcanını yaşayırıq" - deyə, səfir əlavə edib.
Diplomat Gəncə terroru nəticəsində şəhid olan şəxslərin ailə üzvlərinə növbəti dəfə başsağlığı verib. (report)