Üç Hizbullah əməkdaşının Ukraynada ölüm sirri
Ötən həftə İranın əsas regional forpostu və “maşası” olan “Hizbullah”ın media resursları üç funksionerinin həlak olması barədə məlumat yayıb. Bu mesajlar ayrı-ayrılıqda, lakin qısa fasilələrlə dərc edilib. Yazının məğzindən aydın olurdu ki, hər üçü döyüş zamanı həlak olub. Amma nə şərait, nə də ölüm yeri açıqlanmayıb.
Suriya müxalifətinin media resursları və bəzi İsrail teleqram kanalları onların hər üçünün Suriyada ABŞ qüvvələri tərəfindən öldürüldüyünü ehtimal edir. Lakin ötən gecə Livanın Hizbullaha bağlı “Almayadeen” saytı bu iddiaları qəti şəkildə təkzib edib. Eyni zamanda o, həmin üç nəfərin harada öldüyünü təsdiqləməyib.
Məntiqlə, əgər bu Livan-İsrail sərhəddində baş versəydi, yəqin ki, İsrail mediası artıq bir həftə ərzində bu barədə məlumat verərdi.
Məlumdur ki, Hizbullahın emissarları 2016-2017-ci illərdə SEPAH hərbi mütəxəssisləri ilə hərəkət edir. Onlar Yəməndə də fəaliyyət göstərirlər. Amma İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması fonunda iranlılar və onların əlaltıları nisbətən Yəmən istiqamətində aktivliklərini açıq şəkildə azaldıblar.
Bundan başqa İraq da var. Amma orada Hizbullahın yerli qolu fəaliyyət göstərir və 2017-ci ildə bu ölkədə İŞİD-in əsas qüvvələrinin məğlubiyyətindən sonra Hizbullahın aparıcı Livan hissəsinin emissarları İraqdakı hərbi əməliyyatlarda praktiki iştirak etmirlər.
Bütün bunların fonunda Krımda üç Hizbullah funksionerinin ölə biləcəyini istisna etmək olmaz. Hələ oktyabr ayında orada 50-yə yaxın SEPAH təlimatçısının fəaliyyət göstərdiyi bildirilirdi. Yəmən, Suriya və İraq təcrübəsinə görə, bir qayda olaraq, SEPAH-çıları Hizbullahdan olan nadir hərbi peşələrin mütəxəssisləri “müşayət edir”. Çox vaxt iranlılar ən çətin və təhlükəli işləri onlara tapşırırlar.
Ukrayna Silahlı Qüvvələrinin/Ukrayna xüsusi xidmət orqanlarının İranın Krıma göndərdiyi hərbi mütəxəssisləri məhv etməsi faktını hələ noyabrda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Danilov bəyan edib.
Ülviyyə, Hurriyyet.az