📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üç kəndin adı dəyişdirilir - SİYAHI

2026-03-10 18:38:57

Üç kəndin adı dəyişdirilir - SİYAHI

Quba rayonun üç kəndinin adı dəyişdirilir.

Bu barədə Modern.az-a komissiyanın üzvü Elnarə Akimova məlumat verib.

Bildirilib ki, məsələ Milli Məclisin Toponomiya komissiyasının sabah keçirilən iclasında müzakirə edilcək.

Belə ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinə daxil olan Vladimirovka kəndinin adı Elbir, Alekseyevka kənd inzibati ərazi dairəsinə daxil olan Alekseyevka kəndinin adı Çinarlı, həmin dairəyə daxil olan Timiryazev kəndinin adı isə Bəhrəli olaraq dəyişdirilir.