📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üç ölkə hava məkanını bağladı: Lavrov "uça" bilmir

2022-06-06 09:39:00

Üç ölkə hava məkanını bağladı: Lavrov

Bolqarıstan, Şimali Makedoniya və Monteneqro öz hava məkanını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Serbiyanın “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Məlumata görə, nazirin iyunun 6-7-də Serbiyaya planlaşdırılan səfəri böyük sual altına düşüb.

Lakin bu, rəsmi Belqradın günahı ucbatından baş verməyib.