Üç ölkə Ukraynaya “Patriot” sistemləri göndərdi
2023-04-20 09:05:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ, Hollandiya və Almaniyadan olan “Patriot” HHM sistemləri Ukraynaya çatdırılıb.
Ukraynanın Müdafiə nazirinin müavini general-leytenant Aleksandr Pavlyuk “Teleqram” kanalındakı açıqlamasında Ukraynanın Hava Hücumundan Müdafiə sisteminin gücləndirilməsi ilə əlaqədar bu ölkələrə təşəkkürünü bildirib.
Pavlyuk yazıb: “Bu HHM sistemləri Rusiyanın qanadlı raketlərinin və silahlı dronlarının zərbələrindən müdafiə imkanı yaradacaq”.
Hürr Tərcüman