📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üç ölkədən ortaq qərar: F-16-lar Rusiyaya qarşı savaşa girdilər

2024-08-05 15:16:58

Üç ölkədən ortaq qərar: F-16-lar Rusiyaya qarşı savaşa girdilər

Ukrayna hərbi qüvvələri artıq cəbhədə F-16 qırıcılarının dəstəyini hiss edir.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna ordusunun briqada zabiti Sergey Tsexotski deyib.

Zabit cəbhədə olan hərbçilərin bu təyyarələrin işini hiss edib-etməmələri barədə sualı cavablandırarkən bildirib: “Bəli, artıq bunu hiss edirlər, təfərrüatlarını açıqlamayacağıq”.

Onun sözlərinə görə, F-16-lar artıq cəbhədə fəaliyyətdədirlər.

Tsexotski Rusiya ordusuna “hədiyyə”, Ukraynaya da qələbə vəd edib: “Qoy həmişə hədiyyələr gözləsinlər, bu yolla biz qələbəmizə daha da yaxınlaşacağıq”.

Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 4-də Ukraynanın Qərb ölkələrindən qeyri-müəyyən sayda F-16 aldığını təsdiqləyib. Zelenski buna görə Danimarka, Hollandiya və ABŞ-yə təşəkkür edib.

Teleqraf.com