Üç ölkənin xarici işlər nazirləri Donbassa getdilər
2022-02-07 16:45:00
Hurriyyet.az “RİA Novosti” portlına istinadla xəbər verir ki, Çexiya, Sllovkiya və Avstriyanın XİN rəhbərləri Donbassdakı Luqansk məntəqəsinə gediblər. Bu barədə açıqlamanı bu gün Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba verib. Yan Lipavski (Çexiya), Aleksander Şallenberq (Avstriya) və İvan Korçok (Slovakiya) 7-8 fevral tarixində Ukraynada səfərdə olacaqlar.
Kuleba jurnalistlərə açıqlamasında deyib: “Avstriya, Slovakiya və Çexiyadan olan həmkarlarım birlikdə Luqansk stanitsasındadırlar. Onlar orada Rusiya təcavüzünün fəsadlarını və Ukraynanın onu dəf eləmək üçün səylərini öz gözləri ilə görəcəklər”.
Hürr Tərcüman